Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Xaçmazda gizli "Aşura" mərasimi təşkil edən daha 10 nəfər saxlanılıb



Newscenter.az.30.08.2020. Bəzi sosial şəbəkələrdə bu gün Xaçmaz rayonu ərazisində “Aşura” mərasiminin təşkili ilə bağlı videogörüntülər paylaşılıb.

DİN Mətbuat Xidmətinin Quba rayonunda regional qrupundan Newscenter.az-a bildirildiyinə görə, Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisində həmin mərasimin təşkil edilməsi barədə məlumat əldə edərək müvafiq tədbirlər keçiriblər.

Görüntülərdə olan şəxslər saxlanılaraq şöbəyə gətiriliblər. Burada onlarla izahedici söhbətlər aparılıb və mövcud karantin rejimi qaydalarını pozan 10 nəfər barəsində müvafiq tədbirlər görülüb.

Mehman
Xəbəri paylaş