Newscenter.az.31.08.2020. Azərbaycan Milli Elmlər Akademiyasının qarşısında akademiyanın prezidenti Ramiz Mehdiyevin istefası və cinayət mıəsuliyyətinə cəlb edilməsi tələbi ilə etiraz aksiyası keçiriləcək.
Newscenter.az xəbər verir ki, bu barədə məlumatı Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev verib. O, bildirib ki, etiraz aksiyasının keçirilməsi ilə bağlı partiya adından Bakı Şəhər İcra Hakimiyyətinə müraciət ediləcək.
MMP sədri qeyd edib ki, etiraz aksiyalarının Ramiz Mehdiyevin istefa verməsinə qədər davamlı olaraq keçirilməsi nəzərdə tutulub.
Mehman