Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Anar Məmmədov: "Kimsə özünü qanunlardan üstün saymamalı və indiki şəraitdə məsuliyyətsiz davranmamalıdır"




Newscenter.az.31.08.2020.
Artıq neçə aydır ki, dünya əhalisi COVID-19 pandemiyası ilə mübarizə şəraitində yaşayır. Dünyada pandemiyanın elan olunduğu ilk günlərdən möhtərəm Prezidentimiz İlham Əliyevin tapşırığı ilə və Onun nəzarəti altında genişmiqyaslı, kompleks tədbirlər həyata keçirilməyə başlanıb. Nazirlər Kabineti yanında Operativ Qərargahın yaradılması, ciddi karantin rejiminin tətbiq olunması kimi tədbirlər ilk günlərdən həyata keçirilir. Əminliklə deyə bilərik ki, virusla mübarizədə əldə etdiyimiz müsbət dinamika cənab Prezidentin pandemiyaya qarşı effektiv mübarizə strategiyasının nəticəsində əldə edilib. Pandemiya dövründə yeni səhiyyə ocaqlarının, həmçinin modul tipli xəstəxanaların açılması və koronavirus xəstələrinin ixtiyarına verilməsi, laboratoriyaların, tibbi avadanlıqların, dərman preparatlarının alınması, qoruyucu vasitələrin istehsalının təşkili, testlərin keçirilməsinə görə ölkəmizin dünya miqyasında qabaqcıl yerlərdə olması isə qürurvericidir.

Bildiyimiz kimi, Ümumdünya Səhiyyə Təşkilatı pandemiya ilə əlaqədar daha üç ay fövqəladə vəziyyət elan edib. Doğrudur, bu şərti, tövsiyə xarakteri daşıyır. Lakin bu qərar COVID-19 infeksiyasının dünya üçün hələ təhlükə olaraq qaldığını göstərir. Digər ölkələrin təcrübəsinə də nəzər salsaq görərik ki, , yumşaldılmalara getdikcə virusun yenidən alovlanmaları baş verir. Cənub-Şərqi Asiya ölkələrində artıq üçüncü dalğa müşahidə olunur, o cümlədən Avropada, Yaponiyada və digər ölkələrdə epidemiyanın təkrar yayılması halları çoxalıb. Bəzi ölkələrdə isə yenidən sərhədlər bağlanır.

Hazırda Azərbaycanda müşahidə olunan tendensiya dünya ölkələri üçün də xarakterikdir. O səbəbdən bəzi dövlətlər yenidən karantin rejiminin sərt formasına qayıdır. Bu isə o deməkdir ki, heç bir ölkə tam şəkildə özünü COVİD-19-dan sığortalamış hesab edə bilməz. Xəstəlik sərhədlər tanımır və hər gün izlədiyimiz fraqmentlər bəşəriyyətin gələcəyi üçün təhdid sayılan infeksiyanın acı nəticələrini ortaya qoyur. Ona görə də, dövlət vətəndaşın sağlamlığı naminə iqtisadi məsələləri bir qədər arxa plana atmaq məcburiyyətindədir. İnsanlar da mövcud vəziyyəti anlayışla qarşılamalı, qanunlara əməl etməli, kimsə özünü qanunlardan üstün saymamalı və indiki şəraitdə məsuliyyətsiz davranmamalıdır. Çünki pandemiya ilə səmərəli mübarizə aparmağın yolu in¬sanların davranışı və məsələyə məsuliyyətlə yanaşması ilə sıx bağlıdır. Bununla bərabər, virus¬la mübarizədə səmərəli nəticə əldə edilməsi ictimai yerlərdə, iaşə müəssisələrində xəstəlikdən qorunmaq üçün qaydalara həmin obyektlərin sahiblərinin, vətəndaşların mütləq riayət etmələrindən də asılıdır. Başqa sözlə, hər bir şəxs sosial məsuliyyət daşıyaraq, özünü, yaxınlarını və digər cəmiyyət üzvlərini qoru¬maq üçün mövcud sanitar-gigi¬yenik qayda və tələblərə ciddi yanaşmalı, ətrafındakıları da bu həqiqətin dərkinə yönəltməlidir. Əks təqdirdə, COVİD-19-la mübarizədə istənilən nəticənin gerçəkləşdirilməsi mümkün olmayacaq.

Anar MƏMMƏDOV
Milli Məclisin deputatı
Xəbəri paylaş