Newscenter.az.31.08.2020. “Türkiyənin Yaxın Şərqdə və Aralıq dənizində güclənməkdə olan mövqeyi bir sıra ölkələrin koalisiya yaratmasına gətirir. Aralıq dənizində Türkiyəyə qarşı Yunanıstanın başlatdığı siyasi koalisiyada Birləşmiş Ərəb Əmirliklərinin yer alması, bu ölkənin Yaxın Şərqdə gərginliyin artmasına xidmət etdiyinin nəticəsidir”.
Newscenter.az xəbər verir ki, bu fikirləri politoloq Məhəmməd Əsədullazadə səsləndirib. O, qeyd edib ki, Birləşmiş Ərəb Əmirlikləri Liviyada, Suriyada, İraqda Ankaraya qarşı terrorçu qrupları dəstəkləyir və regionda sülhün və təhlükəsilziyin əldə olunmasına qarşı siyasi xətt ortaya qoyur:
“Bu ölkə Ərəb Liqasında və İslam Konfransı Təşkilatında İslam ölkələrinə qarşı işğal siyasət aparan ölkələrlə əməkdaşlıq edərək, maliyyə yardımı edir. Məhz BƏƏ-nin Aralıq dənizində Türkiyəyə qarşı Yunanıstanın yanında yer alması, bu ölkənin Yaxın Şərqdə Türkiyənin rolunun artmasına qarşı bir siyasətidir”.
Politoloqun sözlərinə görə, BƏƏ uzun müddətdir ki, İŞİD və onun törəmə qollarına maliyyə yardımı edir:
“Həmçinin Türkiyə əleyhinə YPG və PKK terror təşkilatını maliyyələşdirir. BƏƏ təkcə, Türkiyənin düşmənləri ilə sıx ittifaq yaratmır. Bu ölkə işğalçı Ermənistanla da sıx siyasi-iqtisadi və turizm əlaqələrini inkişaf etdirir. Ermənistanın sabiq prezidenti Serj Sarkisyanın BƏƏ-yə rəsmi səfəri, hazırkı dövlət başçısı Armen Sarkisyanın da bu ölkəyə səfər edərək ticari və turizm əlaqələrini əhatə edən müqavilələr bağlaması deyilənlərin sübutudur. Ermənistan BƏƏ-də Qarabağ sərgisi keçirir. Həmçinin BƏƏ-nın Azərbaycanın işğal olunmuş ərazilərində də turizm layihələrini maliyyələşdirməsi halları var. Göründyü kimi BƏƏ Türkiyə və Azərbaycanın düşmənləri ilə sıx dostluq əlaqələrindən savayı, işğala dəstək verir. Ümumiyyətlə, bu gün BƏƏ Türkiyə, Fələstin, Yəmən, İran və Azərbaycana qarşı layihələrdə yer alır. Belə bir terrorun sponsoru olan ölkəyə qarşı İslam Əməkdaşlıq Təşkilatında ölçü götürülməsə, ümumiyyətlə İƏT bir beynəlxalq təşkilat kimi öz funksiyasını itirəcək. Qeyd edim ki, islam ölkələri arasında birlik və siyasi mövqe parçalanıb. Müsəlman ölkələri əsasən İran, BƏƏ və Səudiyyə Ərəbistanı bu böütövlüyə ciddi zərbə vurmaqdadır. Belə olan təqdirdə, Yaxın Şərqdə və İslam dünyasında siyasi stabillik və qarşlıqlı etimad pozulacaq”.
Məhəmməd Əsədullazadə deyib ki, Azərbycan bu körfəz ölkəsi ilə əməkdaşlığı inkişaf etdirməli, onun ölkəmiz əleyhinə fəaliiyətinə son qoyulmasına çalışmalıdır:
“Yaxşı olardı ki, xarici işlər naziri Ceyhun Bayramov körfəz ərəb ölkələrinə səfər etsin. Problemlərin həllinə nail olsun. BƏƏ uzun illər Azərbaycanda səfiri olmasına baxmayaraq buradakı səfirlik öz şəxsi maraqlarına xidmət edib”.
Mehman