Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Koronavirusla mübarizəyə qoşulmuş həkimlərlə kiçik qrup görüşləri keçirilib



Newscenter.az.31.08.2020. TƏBİB-in psixoloji dəstək qrupu tərəfindən koronavirusla mübarizəyə qoşulmuş həkimlərlə kiçik qrup görüşləri və fərdi seanslar həyata keçirilib.

Newscenter.az xəbər verir ki, qrup görüşlərində həkimlərin yaşadıqları çətinliklər, pandemiyanın və gərgin iş rejiminin psixoloji təsirləri, yanma sindromu, stressi idarə etmək, psixoloji sağlamlığı qoruma yolları ilə bağlı müzakirələr aparılıb. Hal-hazırda 1542 Çağrı Mərkəzinin Psixoloji dəstək xəttində həkimlərə teledəstək və onlayn seans xidmətləri davam etdirilməkdə və psixi sağlamlıq monitorinqləri həyata keçirilməkdədir.

Qeyd edək ki, 1542 Çağrı Mərkəzinin Psixoloji dəstək xətti ödənişsiz olaraq əhaliyə psixoloji dəstək və monitorinq xidmətləri göstərməkdə davam edir.

Mehman
Xəbəri paylaş