Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Mərkəzi Gömrük Hospitalı sentyabrın 1-dən fəaliyyətini bərpa edir



Newscenter.az.31.08.2020. Mərkəzi Gömrük Hospitalı sentyabrın 1-dən fəaliyyətini bərpa edərək gömrükçülərə və əhaliyə tibbi xidmət göstərməyə başlayır.

Hospitaldan "Report"a bildirilib ki, əhalinin sağlamlığının keşiyində duran Mərkəzi Gömrük Hospitalında tətbiq olunan yüksək tibbi texnologiyalar insan həyatını xilas etməyə və sağlamlığını qorumağa tam şəkildə imkan verir.

"Dünya şöhrətli istehsalçıların müasir tibbi avadanlıqları ilə təmin olunmuş Hospitalda Azərbaycanın yüksəkixtisaslı mütəxəssisləri, ən tanınmış həkimləri çalışır. Hospitalın laboratoriya, təcili yardım və stasionar şöbələri 7/24 saat fəaliyyət göstərir", məlumatda qeyd olunub.
Xəbəri paylaş