Newscenter.az.1.09.2020. Bu ilin avqust ayı ərzində Azərbaycan Respublikası Dövlət Neft Fondu tərəfindən valyuta hərraclarında 478,0 milyon ABŞ dolları məbləğində vəsait satılıb.
Newscenter.az-a Fondun ictimaiyyətlə əlaqələr departamentindən bildirilib ki, bu göstərici əvvəlki aya nisbətən bir qədər azdır. Belə ki, Azərbaycan Respublikası Dövlət Neft Fondu tərəfindən valyuta hərraclarında 2020-ci ilin iyul ayı ərzində 515,5 milyon ABŞ dolları məbləğində vəsait satılıb.
Sevinc