Newscenter.az.1.09.2020. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Prezidenti Ramiz Mehdiyevin öz bağında nəvəsinə toy mərasimi təşkil etməsi (əslində R.Mehdiyevin kürəkəni, sabiq deputat İlham Əliyev öz bağ evində qızına toy edib – red.) ölkənin ən gündəm məsələlərindəndir.
Məsələyə münasibət bildirən QALİB-in sədri, ekspert Azər Verdiyev insanların daha çox cəzasızlıq mühitindən narazı olduğunu deyib: "Bir çox məmurlar elə bilirlər ki, qanun yalnız onların istəklərinə uyğun işləyir. Ancaq Prezident İlham Əliyev bir daha göstərdi ki, qanun hər şeydən və hər kəsdən üstündür. Ramiz Mehdiyev belə etməməli idi, ancaq kimlərəsə, nələrəsə arxayın olub bu səhv addımı atdı və cəzasını aldı. Hesab edirəm toydan iştirak edən bütün məmurlar cəzalandırılmalıdır, Ombudsman istefa verməlidir. Bu həm gözəl nümunə, həm də digərlərinə dərs olmuş olardı. Ancaq biz əksini gördük və nəticədə bəzi iştirakçıların qollarına qandallar vuruldu. Bu gün ölkədə islahatlar gedir. Pandemiya dönəmində islahatları davam elətdirmək çox çətin və gərgindir. Bu mənada hər birimiz ölkə başçısının ətrafında sıx birləşməli, proseslərdə fəal iştirak etməliyik”
Qeyd edək ki, bu günlərdə ölkə mətbuatında AMEA prezidenti Ramiz Mehdiyevin nəvəsinin toy mərasimi ilə bağlı görüntülər yayılıb.
Son yayılan görüntülərdə isə toy mərasimində Millət vəkili Siyavuş Novruzov, həyat yoldaşı və Ombudsman Səbinə Əliyeva və BDU-nun sabiq rektoru Abel Məhərrəmovun da iştirak etdiyi görünür.
Qeyd edək ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın müvafiq qərarına əsasən pandemiya ilə əlaqədar ölkə ərazisində toy mərasimlərinin keçirilməsi qadağandır. Həmçinin kafe və restoranlarda bir masa ətrafında 6 nəfərdən çox insanın oturması da qadağan edilib.