Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Bakıda kürəkən qayınatasını öldürdü



Newscenter.az.1.09.2020. Avqustun 31-də saat 10 radələrində paytaxtın Binəqədi rayonu, Biləcəri qəsəbəsi ərazisində 1967-ci il təvəllüdlü Xalıq Bağırovun bıçaqlanaraq öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olmuşdur.

Bu barədə "Report"a Binəqədi rayon prokurorluğundan məlumat verilib.

Dərhal prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilmiş, digər prosessual hərəkətlər yerinə yetirilmişdir.

Faktla bağlı Binəqədi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmışdır.

İstintaqla hadisənin zərərçəkmişin kürəkəni 1998-ci il təvəllüdlü Ayxan Hüseynəliyev tərəfindən şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı çoxsaylı bıçaq xəsarətləri yetirilməklə törədilməsinə əsaslı şübhələr müəyyən edilmişdir.

Ayxan Hüseynəliyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilmişdir.

Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.
Xəbəri paylaş