Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

DİN narkotik satan qadının görüntülərini yaydı



Newscenter.az.1.09.2020. Daxili İşlər Nazirliyi (DİN) narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin görüntülərini yayıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, daxili işlər orqanları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi istiqamətində qətiyyətli tədbirlər davam etdirilir.

Daxil olan məlumat əsasında Baş Narkotiklərlə Mübarizə İdarəsi və ona bilavasitə tabel olan Qərb Regional Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən Bakı şəhər sakinləri Nisə Vəlizadə və Elmar Piri saxlanılıb.

Araşdırmalar zamanı məlum olub ki, N.Vəlizadə İran İslam Respublikasının vətəndaşı olan Sabir adlı şəxsin göndərdiyi narkotik vasitəni E.Piridən xahiş edib. Sonuncu hələlik istintaqa məlum olmayan qadının şəhər ərazisində gizlətdiyi narkotik vasitəni götürərək Nisə Vəlizadəyə verən zaman polis əməkdaşları tərəfindən saxlanılıblar.

Onların üzərinə keçirilən baxş zamanı N.Vəlizadənin əlindəki sellofan torbadan 1 kq 700 qram narkotik vasitə olan heroin və 1 kq 300 qram tiryək aşkar edilərək götürülüb.

Saxlanılan şəxslər istintaqa təhvil verilib, maddi sübutlar isə ekspertizaya təqdim olunub.

Faktla bağlı araşdırma aparılır.
Xəbəri paylaş