Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Hazırkı dövrdə ən başçıca vəzifə koronavirusun yayılmasına, yeni yoluxma nöqtələrinin yaranmasına imkan verməməkdir



Newscenter.az.1.09.2020. Azərbaycan dövləti koronavirus pandemiyası ilə mabarizə sayəsində ardıcıl tədbirləri davam etdirir. Səmərəli maarifləndirmə, müvafiq tibbi infrastrukturun yaradılması, profilaktika və müalicə məsələlərinin keyfiyyətli şəkildə həll olunması, xüsusi karantin rejiminin tətbiqi və mərhələli qaydada məhdudlaşdırıcı və yumşaldıcı tədbirlərin həyata keçirilməsi, vətəndaşların məsuliyyəti, dövlət-vətəndaş həmrəyliyi uğurlu nəticələrin əldə olunmasının başlıca səbəbləridir. Məhz, bunun nəticəsidir ki, hazırda ölkəmizin əksər şəhər və rayonlarında sərtləşdirilmiş xüsusi karantin rejimi ləğv edildi, bir çox məhdudliyyətlər aradan qaldırıldı.

Gediş-gəlişlə bağlı məhdudiyyətin qüvvədə qalması yoluxma təhlükəsinin daha yüksək olduğu Bakı, Sumqayıt şəhərləri və Abşeron rayondan ölkənin digər şəhər və rayonlarına infeksiyanın ötürülməsini maksimal şəkildə məhdudlaşdırmaq məqsədi daşıyır. Heç şübhəsiz məhdudlaşdırma və ya yumşaldılma ilə bağlı qərarlardan öncə ölkədə və ayrı-ayrı regionlarda vəziyyət ətraflı öyrənilir, təhlil olunur, bütün risklər müəyyənləşdirilir və onların qarşısının alınması üçün profilaktik tədbirlər həyata keçirilir. Bu mənada, yoluxma riski daha yüksək olan regionlarla digər bölgələr arasında gediş-gəliş məhdudiyyətlərinin tətbiqi məqəsəduyğun hesab edilir. Əlbəttə, vətəndaşlarımız da başa düşür ki, hazırda gediş-gəlişlə bağlı məhdudiyyətin aradan qaldırılması ölkədə yoluxma hallarının artmasına, sanitar-epidemioloji vəziyyətin pisləşməsinə gətirib çıxara bilər və bu da öz növbəsində sərtləşdirmə ilə bağlı yeni tədbirlərin həyata keçirilməsini zərurətə çevirəcək.

Payız-qış mövsümü müxtəlif xəstəliklərin fəallaşdığı dövrdür. Bu mənada, koronavirus ilə birlikdə bu xəstəliklər insan orqanizimi üçün ciddi təhlükədir. Hazırkı dövrdə ən başçıca vəzifə koronavirusun yayılmasına, yeni yoluxma nöqtələrinin yaranmasına imkan verməməkdir. Tədris müəssisələrinin fəaliyyətə başladığı dövrdə bizim ən əsas vəzifələrimizdən biri və birincisi övladlarımızı bu xəstəlikdən qorumaq, onların təhsil prosesinə normal şəraitdə qovuşmasını təmin etməkdir. Doğrudur, bu gün bəzi vətəndaşlarımız gediş-gəlişlə bağlı məhdudiyyətlərin qüvvədə saxlanmasına qarşı dözümsüzlük nümayiş etdirirlər. Amma onlar yolların açılmasından çox insanlarımızın, cəmiyyətimizin, özlərinin və ailəsinin sağlamlığını, təhlükəsizliyini düşünməlidirlər. Hətta, bu gün elə insanlar da tapılır ki, yumsalma tədbirləri çərçivəsində muzeylərin və sərgi zallarının fəaliyyətinə icazə verilməsinin lazımsız olduğunu iddia edirlər. Lakin məsələyə məntiqlə yanaşdıqda, aydın görmək olar ki, pandemiya ilə əlaqədar hələlik bəzi məhdudiyyətlərin saxlanması heç də digər sahələr üzrə yumşaldıcı qərarların qəbulunu istisna etməməlidir. Muzey və sərgi salonları təkcə ölkəmizə gələn turistlər üçün deyil, həm də mədəniyyət və incəsənət nümunələri, tariximiz və s. ilə tanış olmaq üçün hər bir vətəndaş, xüsusilə gənclərimiz üçün böyük əhəmiyyətə malikdir.

Ölkəmizdə tətbiq edilən karantin rejimi öz səmərəsini verir, lakin bugünkü məqamda ən önəmli məsələlərdən biri sosial məsuliyyət məsələsidir. Ona görə də, hər kəs kimliyindən asılı olmayaraq bilməlidir ki, atılan müvəqqəti və məcburi addımların cəmiyyətin sağlamlığı, təhlükəli virusun neqativ təsirlərindən maksimum dərəcədə qorunmaq üçündür. Lazımsız ifadələr, sözlər işlədib ictimai rəyi də çaşdırmaq bu günün məqdsədlərinə uyğun deyil.

Sədaqət Vəliyeva-Milli Məclisin deputatı
Xəbəri paylaş