Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Məktəblər üçün sanitar-epidimioloji tələblər müəyyənləşdirilir



Newscenter.az.1.09.2020. Yaxın günlərdə Səhiyyə və Təhsil Nazirlikləri tərəfindən məktəb və təhsil ocaqları üçün sanitar-epidimioloji tələblərə və əlavə təhlükəsizlik qaydalarına uyğun əsas iş prinsipləri müyyən edilib, ictimaiyyətə açıqlanacaq.

"Report" xəbər verir ki, bütün təhsil içşiləri, valideynlər və məktəbliləri narahat edən ən aktul suallar cavablandırılacaq:

• Uşaqların COVID-19-dan qorunmasına dair hansı tədbirlər nəzərdə tutulub?

• Qripdən məcburi surətdə peyvənd keçiriləcək?

• Məktəblərdə zənglər və tənəffüs vaxtları nəcə tənzimlənəcək?

• Məktəblərdə yeməkxana, tibbi kabinet və soyunub-geyinmə otaqlarının fəaliyyəti necə qurulacaq?

• Fiziki tərbiyə dərslərinin təşkili necə həyata keçiriləcək?

• Günuzadılmış qrupların fəalliyəti nəcə qurulacaq?

• Məktəb dərnəkləri və seksiyaların fəaliyyəti necə təşkil olunacaq?

• Valideyn iclasları necə keçiriləcək?

• İndividual gigiyena vasitələrindən istifadə təşkil olunacaq?

• Məktəblinin COVID-19 virusuna yoluxması təqdirdə nə tədbirlər görüləcək?

• Sinif və ya məktəbin bağlanması hansı hallarda tədbiq ediləcək?

• Müəllimlər COVID-19 testindən keçiriləcək?

Qeyd olunub ki, pandemiya dövründə məktəblərdə effektiv təhsil-tədrisin dəstəklənməsi uşaqların sağlamlığı və rifahı üçün cox vacib və əhəmiyyətlidir. Lakin eyni zamanda, müvafiq tədbirlər barədə qərarların dərhal verilməsi və həyata keçirilməsi təhsil və səhiyyə sistemləri üçün böyük bir məsuliyyətdir. Hazırda bir sıra ölkə qarşısında koronavirusun məktəblilər arasında geniş yayılmamasının qarşısını almaqla yanaşı təhsil-tədris prosesində təhlükəsiz, səmərəli və effektiv məktəb mühitinin yaradılma məqsədi qoyulub.
Xəbəri paylaş