Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Sükan arxasında foto çəkdirən məktəb direktoruna töhmət verildi



Newscenter.az.1.09.2020. Avtobus sürücüsü işlədiyi ilə bağlı sosial şəbəkələrdə şəkli yayılan Saatlı rayonunun Yeni Novruzlu kənd tam orta məktəbinin direktoru Elnur Rzayevə töhmət verilib.

Bu barədə Təhsil Nazirliyindən bildirilib.

Qeyd olunub ki, "Müəllimlərin etik davranış Qaydaları"nı pozduğuna görə Saatlı rayonunun Yeni Novruzlu kənd tam orta məktəbinin direktoru Elnur Rzayevə Təhsil nazirinin müvafiq əmri ilə töhmət verilib.

Məlumat üçün bildirək ki, E.Rzayev məzuniyyət vaxtı “BakuBus” MMC-yə məxsus avtobusun sükanı arxasında foto çəkdirib sosial şəbəkədə paylaşaraq sürücü işləməsi təəssüratı yaradıb. Bu da sosial şəbəkələrdə "məktəb direktoru sürücü işləyir" xəbərinin yayılmasına səbəb olub. Bakı Nəqliyyat Agentliyi isə məlumat yayaraq həmin şəxsin “BakuBus” MMC-də işləmədiyini və bunu paylaşım xatirinə etdiyini bildirmişdi.
Xəbəri paylaş