Newscenter.az.2.09.2020. “Türkiyənin Cənubi Qafqazda mövqeyini gücləndirmək istiqamətində tutduğu kursa Moskva PKK terror təşkilatının Suriya qolu YPG ilə əməkdaşlıq etməklə cavab verdi”.
Newscenter.az xəbər verir ki, belə bir açıqlama ilə çıxış edən politoloq Məhəmməd Əsədullazadə deyib ki, ötən gün YPG terror təşkilatının bir neçə yüksək çinlisi Moskvaya gedərək, xarici işlər naziri Sergey Lavrov başda olmaqla bir neçə yüksək səviyyədə rəsmilərlə danışıqlar aparıb:
“Bu, Moskvanın Türkiyəyə qarşı təzyiq siyasəti ilə yanaşı, bir terror təşkilatına verdiyi dəstəkdir. Rusiya PKK və onun Suriya qolu olan YPG-nı terror təşkilatı kimi tanımır və Moskvada YPG nümayəndəliyini açıb. Qeyd edim ki, Suriyada Türkiyə ilə birgə koordinasiyalı fəaliyyət göstərən Rusiyanın YPG terror təşkilatına maliyyə və silah göndərməsi mümkündür. Bu fəaliyyət Türkiyənin əleyhinə yönləndiriləcək. Moskvada terror təşkilatı ilə aparılan danışıqlar birbaşa Türkiyəyə qarşı yönəlib. Bir müddətdən sonra, Türkiyə hərbiçilərinə qarşı terror hücumlarının YPG tərərfindən həyata keçiriləcəyinin şahidi ola bilərik”.
Politoloq bildirib ki, Suriyada kürdlərin ABŞ-ın üstündən Rusiya ilə danışıqalara getməsi, YPG terror təşkilatının yeni bir dayaq axtarışıdır:
“Çünki, ABŞ YPG-nın Türkiyəyə qarşı terror hücumlarına bir müddətdir ki, icazə vermir. Bundan istifadə edən Rusiya YPG-nı Türkiyəyə qarşı yönləndirəcək. Bu da ABŞ və Türkiyənin bu terror təşkilatına qarşı yeni kəskin siyasət ortaya qoymasına gətirəcək. Əgər, YPG Türkiyə Silahlı Qüvvələrinə hücum edərsə, Rusiya YPG-nı qurtara bilməyəcək. ABŞ Türkiyəni dayandıra bilmədi, nəinki Rusiya bunu edə bilər. Ankaranın Cənubi Qafqaza gəlişi, Azərbaycanla sıx hərbi ittifaqı Moskvanı narahat etməkdədir. Bir məsələni qeyd edim ki, ABŞ -da Grücüstanda hərbi iştirakını artırmaqla, NATO-nun bu ölkədə fəaliyyətinə gətirib çıxardı. Türkiyə NATO ölkəsidir və Azərbaycanda güclənməsi, gələcək perspektivdə NATO-nun regionda olması deməkdir. Göründüyü kimi Rusiya həm Türkiyəyə qarşı, həm də Azərbycana qarşı onun düşmənləri ilə sıx müttəfiq əlaqələrinə malikdir. Azərbaycan və Türkiyə nə qədər Rusiya ilə xoşməramlı siyasətə üstünlük versə də, Kreml daha da aressiv siyasətə üstünlük verir”.
Mehman