Newscenter.az.5.09.2020. İsmayıllı rayonunda təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində əsaslı işlər aparılır. Yeni məktəb binalarının inşası, mövcud məktəblərin əsaslı təmiri istiqamətində mühüm işlər görülür.
Newscenter.az-a Rayon İcra Hakimiyyətindən bildirilib ki, son illərdə rayonda modul tipli məktəblərin quraşdırılması da həyata keçirilir.
İsmayıllı rayonunun Maçaxı kəndində 20 şagird yerlik modul tipli ibtidai məktəb quraşdırılıb. Məlumat üçün bildiririk ki, bu məqsədlə Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Təhsil infrastrukturunun inkişafı ilə əlaqədar əlavə tədbirlər haqqında” 2020-ci il 6 may tarixli Sərəncam imzalayıb. Cari ildə quraşdırılmasına başlanılan Maçaxı kəndində modul tipli ibtidai məktəb yeni tədris ilində müəllim və şagirdlərin istifadəsinə veriləcək.
Qeyd edək ki, Maçaxı ilə yanaşı Kələzeyvə kəndində də 20 şagird yerlik modul tipli ibtidai məktəbin istifadəyə verilməsi nəzərdə tutulub.