Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycan Konqreslər Bürosunun direktoru Sevda Əliyeva dünya tədbirlər sənayesinin 100 ən nüfuzlu şəxsindən biridir



Newscenter.az.7.09.2020. Dünyada tədbirlər sənayesi üzrə mühüm platforma sayılan, həmçinin auditoriyasına statistik və məlumatlandırıcı informasiyalar çatdıran “Eventex” 2020-ci ildə işgüzar tədbirlər sənayesinin ən nüfuzlu 100 insanını təqdim edib.

Newscenter.az-a Dövlət Turizm Agentliyindən daxil olan xəbərə görə, 26 ölkədən olan şəxslər arasında Azərbaycan Konqreslər Bürosunun direktoru Sevda Əliyeva da yer alıb.

Platformanın bildirdiyinə görə 5500-dən çox insanın səsverməsi ilə seçilmiş 100 şəxs yaradıcılığı, baxış tərzi, yenilikçilik qabiliyyəti ilə tədbirlər sənayesində xüsusi fərqlənən insanlardır.

2009-cu ildə təsis edilən “Eventex” platforması 85 ölkədən 950-dən çox şirkəti özündə birləşdirir. Platforma, eyni zamanda tədbirlər sənayesində müxtəlif nominasiyalar üzrə mükafatlar da təqdim edir.

Sevinc
Xəbəri paylaş