Newscenter.az.7.09.2020. “İran-Türkiyə-Azərbaycan üçtərəfli görüşünün keçiriləcəyi tarixlə bağlı müzakirələr aparılır”.
“Report” “Mehr”ə istinadən xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xətibzadə sentyabrın 7-də keçirdiyi mətbuat konfransında bildirib.
“İranla Azərbaycan arasında əlaqələr heç bir sərhəd tanımır. Daha yüksək səviyyəli bir diplomatın Azərbaycana səfir göndərilməsi bu istiqamətdə atılan addımdır”, - o bildirib.
Qeyd edək ki, İranın Azərbaycandakı yeni səfiri Abbas Musəvi əvvəllər İran XİN-də sözçü vəzifəsində işləyib.