Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycanlı gənclər "Mədəniyyətlər bağı–2020" festivalının mükafatına layiq görülüb



Newscenter.az.7.09.2020. Litvanın Kaunas şəhərində keçirilən "Mədəniyyətlər bağı–2020" beynəlxalq festivalında Azərbaycanlı gənclər fəal iştirak edib.

Newscenter.az xəbər verir ki, tədbirdə ölkəmizi Litva Azərbaycanlı Gənclər Təşkilatı (AYOL) təmsil edib.

Bu ölkədə yaşayan müxtəlif xalqların mədəniyyətlərinin nümayiş etdirildiyi tədbirdə Azərbaycan mədəniyyəti və musiqisinin təqdimatı təşkilatçılar və tədbir iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb. Gənclərimiz Azərbaycan mədəniyyəti barədə ətraflı məlumat verib, bütün dünyada məşhur olan "Sarı Gəlin", "Naz eləmə" və sair kimi milli musiqi və rəqslərimizi təqdim ediblər. Dostluq və birlik rəmzi olan "Yallı" rəqsinin ifası festivala xüsusi ovqat bəxş edib. Gənclərimiz digər xalqların nümayəndələrini də birgə rəqsə dəvət edərək, Azərbaycanın xalqlararası dostluq və həmrəylik ənənələrinə, mədəniyyətlərarası dialoqa böyük önəm verdiyini göstəriblər.

AYOL-un sədri Xıdır Kazımov bildirib ki, tədbirdə gənclərimizin iştirakının təmin olunmasında Baltikyanı Azərbaycanlıların Koordinasiya Şurasının Litva üzrə əlaqələndiricisi Nərmin Əliyevanın xüsusi əməyi olub. Milli rəqslərin hazırlanmasında və təşkilati məsələlərin həllində onunla birlikdə bu ölkədə yaşayan tələbə və gənclərimiz yaxından iştirak ediblər.

Festivalın yekununda AYOL Azərbaycan mədəniyyətinin Litvada təbliğində fəal iştirakına görə mükafata layiq görülüb.
Xəbəri paylaş