Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Bakı məktəblisi özünü üçüncü mərtəbədən atıb?



Newscenter.az.7.09.2020. Bakı şəhəri, Binəqədi rayonu Sulutəpə qəsəbəsində yerləşən 313 N-li məktəb şagirdinin intihar etməsi ilə bağlı sosial şəbəkələrdə yayılan məlumatlarla bağlı rəsmi açıqlama verilib.

Məktəbdən “Report”a bildirilib ki, təhsil müəssisəsinin 10-cu sinif şagirdi məktəbdə texniki işçi işləyən anasının arxasınca məktəbə gəlib və məktəbdə olan zaman yıxılaraq ayağından xəsarət alıb.

Qeyd olunub ki, təcili tibbi yardım çağırılıb və məktəblinin ayağında sınıq olduğu aşkar edilib:

“Həkimlər ona müvafiq tibbi yardım göstərib, zəruri tədbirlər görülüb. Hazırda məktəblinin vəziyyəti qənaətbəxşdir”.

Əlavə edilib ki, məsələ ilə bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılacaq.

Xatırladaq ki, sosial şəbəkədə şagirdin özünü 3-cü mərtəbədən atmasına ilkin səbəb kimi direktorun onu sinifdən-sinfə keçirməməsi və məktəbdən uzaqlaşdırması göstərilib.
Xəbəri paylaş