Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Biləsuvarın deputatı avtomobil vuran gəncin vəziyyətini nəzarətə götürdü

Biləsuvarın deputatı avtomobil vuran gəncin vəziyyətini nəzarətə götürdü


Newscenter.az.7.09.2020. "Dünən Biləsuvar rayon Amankənd kənd sakini, 1996-cı il təvəllüdlü Ələkbərova Nuridə Sakit qızını avtomobil vurmasına dair bir neçə media orqanında xəbər yayılmasından dərhal sonra vəziyyəti nəzarətə götürdük. Yol-nəqliyyat hadisəsi zamanı ağır bədən xəsarətləri alaraq Biləsuvar rayon Mərkəzi Xəstəxanasına yerləşdirilmiş vətəndaşın ailəsi ilə əlaqə yaratdıq, əmisi Fərhadla şəxsən danışdım".

Newscenter.az xəbər verir ki, bu fikirləri deputat Bəhruz Məhərrəmov səsləndirib. O, qeyd edib ki, həmçinin köməkçiləri deputatın tapşırığına uyğun olaraq xəstəxanaya gedib müalicə həkimi ilə söhbət edərək, xəstənin vəziyyəti ilə maraqlanıblar:

"Bu gün isə TƏBİB rəhbərliyi ilə əlaqə saxladım, müraciətimizə həssaslıqla yanaşıldı. Xəstənin vəziyyəti ilə şəxsən tanış olan qurumun şöbə müdiri bir az öncə mənə zəng edərək bütün mümkün tədbirlərin görüləcəyi bildirdi. Verilən məlumata görə, artıq xəstə süni nəfəs aparatından ayrılıb, beyindaxili qanama dayandırılıb. Nisbətən yaxşılaşma müşahidə edilsə də, hazırda xəstənin vəziyyətinin orta ağır olaraq qalır. Əziyyəti keçən həkimlərimizə təşəkkür edir, Nuridə xanıma Allahdan şəfa diləyirik".

Anar
Xəbəri paylaş