Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Bu gecədən rayonlara gediş-gəliş açılır, postlar qalacaqmı?



Newscenter.az.7.09.2020. Sabah Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonuna gediş-gəlişlə əlaqədar tətbiq olunan məhdudiyyətlər aradan qaldırılır.

"Report" xəbər verir ki, Nazirlər Kabineti yanında Operativ Qərargah müvafiq qərarı sentyabrın 8-i saat 00:00-dan qüvvəyə minəcək.

Qərara əsasən, bu gecədən etibarən şəhərlərarası və rayonlararası sərnişindaşıma istisna olmaqla fərdi və taksilərlə hərəkətə heç bir məhdudiyyət tətbiq oluynmayacaq.

Bəs Bakı, Sumqayıt şəhərlərinin və Abşeron rayonunun inzibati ərazi sərhədlərində yerləşən xüsusi karantin postları ləğv olunacaqmı?

Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev “Report”un sorğusuna cavab olaraq bildirib ki, inzibati ərazi sərhədlərində yerləşən xüsusi karantin postlarında əvvəlki kimi xidmət olmayacaq:

“Postlarda bütün nəqliyyat vasitələrinin saxlanılması, piyada gedən insanların yoxlanılması həyata keçirilməyəcək. Xüsusi karantin postları stasionar postlar olmasalar da, orada olan müəyyən avadanlıqlar yerində qalacaq. Çünki yaxın gələcəkdə yoluxma situasiyasının necə olacağı, yaxşılığa doğru gedib-getməyəcəyi məlum deyil. Ola bilər ki, yoluxma sayı yenidən artsın. O halda hökumət yenidən müəyyən məhdudiyyətlər tətbiq etmək məcburiyyətində qala bilər. Ona görə də həmin avadanlıqlar müəyyən müddət həmin yerlərdə qalacaq. Sadəcə orada digər qayda pozuntularına – məsələn, iri tutumlu nəqliyyat vasitələrilə sərnişin daşımalarına cəhdlərinin qarşısının alınması məqsədilə xidmət davam etdirilə bilər. Ancaq artıq istər fərdi avtomobil vasitələri, istərsə də, taksilərlə paytaxta və geri hərəkət edənlərin yoxlanılması prosesi tamamilə dayandırılacaq”.

Kamran Əliyevin sözlərinə görə, 7 nəfərdən çox tutumu olmayan avtomobillər minik avtomobili hesab edilir və onların taksi kimi sərnişin daşımasına hər hansı məhdudiyyət yoxdur.

DYP rəsmisi bildirir ki, qərara uyğun olaraq, bu günün sonundan – saat 00.00-da etibarən hər kəs qeydiyyat yerindən asılı olmayaraq səbəst gediş gəliş edə biləcək:

“Tövsiyə edirik ki, vətəndaşlar gecə saatlarında yola çıxaraq, saat 00.00-dan yollar açılan kimi Bakıya daxil olmağa, yaxud paytaxtdan rayon istiqamətinə getməyə çalışmasılnlar. Çünki gecə insanlar yorğun, yuxusuz ola bilər və yol-nəqloiyyat hadisələri ilə nəticələnə bilər. Yəni mümkün qədər səfərləri gecə saatlarına saxlamasınlar ki, məhdudiyyət aradan qalxan kimi sıxlıq da yaranmasın”.

K.Əliyev bildirir ki, sərnişinlərin tibbi-metodik göstərişlərə əməl ertməsi də zəruridir:

“Həm sürücülər, həm də sərnişinlər öz sağlamlığını qorumaq üçün tənəffüs yollarını qoruyan xüsusi vasitələrdən istifadə etməlidir”.
Xəbəri paylaş