Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Deputat Bəhruz Məhərrəmov yüksək nəticə əldə etmiş abituriyentlərlə onlayn görüş keçirib



Newscenter.az.7.09.2020. Sentyabrın 7-də Milli Məclisin deputatı Bəhruz Məhərrəmov Biləsuvar rayonundan ali təhsil müəssisələrinə cari ildə keçirilmiş qəbul imtahanında yüksək nəticə əldə etmiş abituriyentlərlə videokonfrans formatında görüş keçirib.

Newscenter.az xəbər verir ki, gəncləri, onların timsalında ailə üzvlərini, müəllimlərini təbrik edən deputat, qazandıqları nailiyyətlərin nəinki Biləsuvar, ümumilikdə dövlətimiz adına qürurverici hal olduğunu bildirib. Həmçinin Bəhruz Məhərrəmov gənclərə tövsiyyə edib ki, bundan sonrakı fəaliyyətlərində təhsilə xüsusi diqqətlə yanaşmaqla bərabər ölkənin ictimai-siyasi mühitində, xüsusən Prezident İlham Əliyevin uğurlu gənclər siyasətinin realizəsində aktiv olsunlar, daha güclü Azərbaycan naminə bilik və bacarıqlarını əsirgəməsinlər.

Qeyd edək ki, deputat Bəhruz Məhərrəmovun təşəbbüsü və rayon Təhsil şöbəsinin yüksək səviyyədə təşkilatçılığı ilə baş tutan onlayn görüşdə rayon üzrə imtahanlarda hər bir qrupdan ən yüksək nəticə toplamış iki abituriyent, l qrup üzrə Abdullayev Nihat(654), Əskərli Tahir(645), ll qrup üzrə Əliyev İlham(556), Rzayev Röyal(542), lll qrup üzrə Rəsulzadə Sübhan(620), Seyfullalı Zeynəb(618), lV qrup üzrə Həsənli Aysun (619), Abdullayev Ləman (615) iştirak ediblər.

Anar

Xəbəri paylaş