Newscenter.az.7.09.2020. “Son vaxtlar baş verən hadisələr ona dəlalət edir ki, Ermənistan tərəfindən yenə də nəyinsə törədilə biləcəyi hər zaman baş verə bilər”.
Bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.
Onun sözlərinə görə, Tovuz hadisələrindən sonra Ermənistanın geniş miqyasda silahlanması davam edir: “Bizim tələbimiz ondan ibarətdir ki, Ermənistan beynəlxalq hüquqa və BMT-nin Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 qətnamənin tələblərinə uyğun olaraq, Azərbaycanın işğal olunmuş ərazilərindən qoşunlarını çıxartmalıdır”.