Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Reanimasiyada nə qədər COVID-19 xəstəsi var?



Newscenter.az.7.09.2020. Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) sentyabrın 7-nə olan məlumata əsasən, reanimasiyada və süni tənəffüs aparatında olan koronavirus xəstələrinin sayını açıqlayıb.

Hazırda xəstələrin 139-u reanimasiyadadır. 12 xəstə isə süni tənəffüs cihazına qoşulub.

Ümumilikdə 2 030 xəstənin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Qeyd edək ki, Azərbaycanda koronavirusa yoluxanların sayı 37 418 nəfərə, sağalanların sayı 34 837 nəfərə, vəfat edənlərin sayı isə 551 nəfərə çatıb.
Xəbəri paylaş