Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Xəyal Bəşirov: "Ölkədə güclü ictimai nəzarət prosesi formalaşmaqdadır"



Newscenter.az.7.09.2020. "Dövlətin və xalqın pullarını gizlində talayıb üstünün açılmayacağını düşünən dövr artıq geridə qaldı. Bu gün insanların gözü açılıb, ölkədə güclü ictimai nəzarət prosesi formalaşmaqdadır və ən əsası hər bir şəxsə tribuna ola biləcək sosial şəbəkələr mövcuddur".

Newscenter.az xəbər verir ki, bu fikirləri siyasi ekspert Xəyal Bəşiorv səsləndirib. O, qeyd edib ki, ölkənin istənilən vətandaşında özlərinə qarşı çox güclü qəzəbi, kini və nifrəti qanunsuzluqları və haqsızlıqları ilə bir çox vəzifəlilərin özləri yaradıblar:

"Bu gün, uzun müddətli qanunsuzluqlarına görə həbs olunan və hər an həbs olunma təhlükəsi ilə yaşayan icra hakimiyyəti başçıları, ayrı-ayrı yüksək vəzifəlilər və digər məmurlar hansı proseslərdən keçirlərsə, hazırda da o cür qanunsuz fəaliyyətlərlə məşğul olan istənilən ranqda olan məmur da qısa zamanda eyni taleyi yaşayacaq. Ona görə də, nə qədər gec deyilsə onları vəzifəyə təyin edən dövlət başçısının da dediyi kimi, ya vəzifələri ilə könüllü şəkildə sağollaşsınlar, ya da qanunun tələb etdiyi kimi xalqa və dövlətə xidmət göstərsinlər".

Ekspert hesab edir ki, ancaq bütün bu olanlara rəğmən, yenə də, həyatına davam etməsi üçün ən son ümidi olan kasıbın belə haqqına göz dikib onun əlindəkini almaq istəyən məmura, kimliyindən asılı olmayaraq güzəşt olunmamalıdır.

Anar
Xəbəri paylaş