Newscenter.az.8.09.2020. “AzerGold” Qapalı Səhmdar Cəmiyyəti (QSC) tərəfindən ötən 8 ayda əsas satış məhsulu olan qızıl üzrə nəzərdə tutulmuş plandan 4 752 unsiya daha çox olmaqla, ümumilikdə 39 312 unsiya qızıl hasil edilib.
Newscenter.az-a Şirkətdən bildirilib ki, buhasilat üzrə planla müqayisədə 14% artım deməkdir. Bu hasilat göstəriciləri istehsalatda həyata keçirilən optimallaşdırma işləri və müasir texnoloji metodologiyaların tətbiqi sayəsində əldə olunub.
Cari ilin yanvar ayından sentyabr ayınadək “AzerGold” tərəfindən icra edilən ixrac əməliyyatları nəticəsində ölkə iqtisadiyyatına 68.5 milyon ABŞ dolları (116.4 milyon manat) məbləğində vəsait cəlb edilib.
Zaur