Newscenter.az.8.09.2020. Cari ilin 8 ayında qızıl və gümüş ixracından əldə edilən gəlir ötən ilin analoji dövrü ilə müqayisədə 32%, yaxud 16 milyon ABŞ dolları (28 milyon manat) çoxdur.
Bu barədə məlumat Newscenter.az-a “AzərGold” QSC-dən daxil olub. Bildirilib ki, həmin dövr ərzində Cəmiyyət tərəfindən dövlət büdcəsinə 6 milyon manatdan çox vəsait ödənilib. Bu vəsaitin 4.8 milyon manatı vergilərin, 1.2 milyon manatı isə Dövlət Sosial Müdafiə Fonduna edilən ödənişlərin payına düşür. Ümumilikdə isə, QSC-nin bütün fəaliyyət dövrü ərzində dövlət büdcəsinə 36,7 milyon manat vergi şəklində ödənilib. Bu vəsaitin 31,6 milyon manatı vergilərin, 5,1 milyon manatı Dövlət Sosial Müdafiə Fonduna edilən ödənişlərin payına düşür.
Sadalanan iqtisadi nəticələr istismarı edilən yalnız bir – “Çovdar” qızıl yatağında həyata keçirilən fəaliyyət sayəsində əldə olunub. Hazırda yeni yataqların istismara hazırlanması istiqamətində də intensiv işlər davam etdirilir.Təbii ki, bu sahədə işlərin icrasına kifayət qədər böyük maliyyə vəsaiti tələb olunur. Yeni yataqların işlənməsi, eləcə də əldə olunan müsbət iqtisadi artım göstəricilərinin daha yüksək dinamika ilə davamlılığının təmin edilməsi üçün Cəmiyyət tərəfindən kapital qoyuluşu həyata keçirilməkdədir.
Zaur