Newscenter.az.8.09.2020. Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) sentyabrın 8-nə olan məlumata əsasən, reanimasiyada və süni tənəffüs aparatında olan koronavirus xəstələrinin sayını açıqlayıb.
Newscenter.az xəbər verir ki, hazırda xəstələrin 135-i reanimasiyadadır. 12 xəstə isə süni tənəffüs cihazına qoşulub.
Ümumilikdə 2 040 xəstənin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.
Qeyd edək ki, Azərbaycanda koronavirusa yoluxanların sayı 37 557 nəfərə, sağalanların sayı 34 965 nəfərə, vəfat edənlərin sayı isə 552 nəfərə çatıb.