Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Regionda yeni müharibə qaçılmaz olacaq



Newscenter.az.8.09.2020. “Cənubi Qafqazda geosiyasi situasiya yeni mərhələyə keçib. Burada Türkiyə, ABŞ və Rusiyanın maraqlarının toqquşması fonunda Rusiya nüfuzunu itirməkdədir”.

Newscenter.az xəbər verir ki, belə bir açıqlama ilə politoloq Məhəmməd Əsədullazadə çıxış edib. O, qeyd edib ki, Ermənistanın Tovuz təxribatlarından sonra, Türkiyənin regiona gəlişi və Azərbaycanla birgə hərbi təlimlər keçirməsi, hazırda Türkiyə ordusunun Azərbycanda qalmasına gətirib çıxarıb:

“Bu, geosiyasi nisbətdə NATO-nun regionda olması deməkdir. Çünki, Türkiyə bir NATO ölkəsidir. ABŞ məhz Gürcüstanda aktiv siyasi-hərbi hərərkətliliyini artırmaqla, bir növ NATO-nun burada fəaliyyətinin başlamasına gətirdi. Eyni bir analoji hal Türkiyənin Azərbaycanla hərbi-siyasi konfiqurasiyasıdır. Rəsmi Bakı Ankara ilə siyasətini davam etdirərsə, bu ölkəmizin suverenliyini və təhlükəsizliyini gücləndirəcək”.

Politoloq qeyd edib ki, ABŞ və digər NATO ölkəsinin Azərbaycanla hərbi təlimləri Azərbaycan üçün Rusiya baxımından riskli ola bilərdi:

“Amma, Tükiyənin burada fəaliyyəti etnik baxımından bir olması, Rusiyanı çəkindirən əsas faktordu. Məhz artıq Moskvada anlayırlar ki, Türkiyənin Azərbaycana dəstəyi təbiidir və bu bir qardaşlıq yardımıdır. ABŞ, Gürcüstanı necə ki, NATO-ya inteqrasiya yolunda tam dəstəkləyir, Azərbaycanı eyni xəttlə Türkiyə dəstəkləyərək NATO çətiri altında yeni bir siyasi-hərbi çətir formalaşdıracaq”.

Məhəmməd Əsədullazadə bildirib ki, regionda baş verənlər geosiyasi dəyişiliklərdə Ermənistan hakimiyyəti işğalçı mahiyyətinə görə, Moskvanın yanındadır:

“Bu da imkan verəcək ki, Vaşinqton və Qərb ölkələri Ermənistana yardım etməsinlər. Göründüyü kimi Rusiya Ermənistanı silahlandırmaqla, burada ABŞ -Türkiyə və NATO-nun qarşısına qalxan qurur. Ermənistanın Rusiyanın diktəsi ilə belə bir avantüraya getməsi Qarabağ münaqişəsinin həllinə imkan vermir. İşğalçı ölkə Tovuz tərəfindən yenidən Azərbaycanın neft və nəqliyyat layihələrini hədəfə ala bilər. Təbii ki, bu, Rusiya tərəfindən regionda Qərbin maraqlarını, xüsusi ilə Türkiyənin maraqlarını hədəf almaqdır. Təbii ki, belə həmlə olarsa, artıq Türkiyə hərbi əməliyyatlara açıq şəkildə başlaya bilər. Bu da Ermənistanın Qarabağdan çıxması ilə çəticələnər”.

Politoloq hesab edir ki, hazırda regionda Türkiyə- Azərbaycan hərbi təlimləri davam edir:

“Bir tərəfdən ABŞ-ın moderatorluğu ilə Gürcüstanda "Layiqli Tərəfdaş 2020" hərbi təlimləri, həmçinin Rusiyanın Şimali Qafqazda və Ermənistanda birgə hərbi təlimləri davam edir. Bu, hərbi təlimlər tərəflərin bir-birlərinə qarşı əzələ nümayişidir. Rusiya açıq şəkildə Qarabağ məsələsində hərbi toqquşmanı gözləyir. Ona görə də Ermənistanı tam silahlandırır. Regionda yeni müharibə qaçılmaz olacaq. Bir məsələni qeyd edim ki, vəziyyət mürəkkəbdir və hakimiyyət Türkiyə ilə birgə hərbi koordinasiyanı inkşaf etdirməlidir. Rusiyanın təzyiqləri açıq şəkildə ölkəmizi təhdid edə bilər. Ona görə də hazırkı siyasət davam etməli Türkiyənin hərbi heyəti və hərbi texnikaları ölkə ərazisində qalmaldıır. Hazırkı proseslər Qarabağ cəbhəsində yeni müharibəni yaxınlaşdırır. Bu müharibədə Azərbaycan böyük əraziləri azad edə bilər”.

Mehman
Xəbəri paylaş