Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

“Qarabağ saatı” verilişi yayıma başladı



Newscenter.az.10.09.2020. Diasporla İş üzrə Dövlət Komitəsi dünya azərbaycanlılarının və beynəlxalq ictimaiyyətin Qarabağ həqiqətləri ilə bağlı daha müfəssəl məlumatlandırılması üçün yeni TV layihələri həyata keçirir.

Newscenter.az bildirir ki, bu qəbildən olan “Qarabağ saatı” verilişinin ilk buraxılışı yayımlanıb və veriliş Dağlıq Qarabağ Muxtar Vilayətinin hansı məqsədlə yaradılmasına həsr olunub. Verilişdə xaricdə yaşayan azərbaycanlı gənclərin sualları cavabıandırılıb. Diaspor TV-də, Komitənin sosial media resurslarında və “Qarabağ Azərbaycandır” milli platformasının youtube kanalında yayaımlanan proqram AR Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının nəzdində fəaliyyət göstərən Qarabağ Araşdırmaları Mərkəzi ilə birgə hazırlanır. Tarixi fakt və sənədlərlə zəngin olan “Qarabağ saatı” verilişini siyasi elmlər doktoru, professor Elçin Əhmədov təqdim edir.
Xəbəri paylaş