Newscenter.az.15.09.2020. İsmayıllının kənd yollarında cari təmir işləri görülür.
Newscenter.az-a Rayon İcra Hakimiyyətindən bildirilib ki, Sumağallı-Qalacıq avtomobil yolunun 0-4 kilometrlik hissəsində cari təmir işləri aparılır. Yolda yaranmış qabarmalar aradan qaldırılır və çuxurlar doldurularaq dağılmış asfalt örtüyü yenidən bərpa olunur. İşlər “9 №-li Yol İstismarı” MMC tərəfindən həyata keçirilir.
Bundan əlavə Çayqovuşan kəndinin mərkəzi yolu texnika vasitəsilə düzləşdirilir və çınqıl materialı döşənir. Həmçinin, güclü yağışlar zamanı yaranmış sel sularının yola ziyan vurmaması üçün 6 yerdə su ötürücü borular quraşdırılır. Görülmüş işlərdə xeyriyyəçi kənd sakinləri yaxından iştirak edib. Növbəti mərhələlərdə qeyd olunan yola asfalt örtük döşənməsi nəzərdə tutulur.
Anar