Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Reanimasiyada olan COVID-19 xəstələrinin sayı açıqlandı



Newscenter.az.15.09.2020. Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) reanimasiyada və süni tənəffüs aparatında olan koronavirus xəstələrinin sayını açıqlayıb.

Hazırda xəstələrin 111-i reanimasiyadadır. Qeyd edilir ki, 10 xəstə isə süni tənəffüs cihazına qoşulub.

Ümumilikdə 1 953 xəstənin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Qeyd edək ki, hazırda ölkədə ümumilikdə 38 517 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 35 998 nəfər müalicə olunaraq sağalıb, 566 nəfər vəfat edib.
Xəbəri paylaş