Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Atılmış addımların yaxın vaxtlarda müsbət nəticələrini görəcəyik



Newscenter.az.16.09.2020. Azərbaycan müstəqilliyini əldə etdikdən sonra bütün sahələrdə olduğu kimi, iqtisadi sahədə də mühüm nailiyyətlər əldə etmişdir. Prezident İlham Əliyev tərəfindən iqtisadiyyatın şaxələndirilməsi istiqamətində həyata keçirilən ardıcıl tapşırıqların verilməsi iqtisadiyyatın dayanıqlılığını təmin etməkdədir. 21 dekabr 2011-ci il tarixli 548 nömrəli fərmanla Sumqayıt Kimya Sənaye Parkının yaradılması Sumqayıtı nəinki Azərbaycanda, bütövlükdə Cənubi Qafqazda ikinci sənaye mərkəzinə çevirmişdir.

2019-2020 – ci illərdə bir mlrd. manatdan artıq məhsul istehsal edilib ki, bunların da təqribən 33 faizi ixrac olunub, bu da öz növbəsində Azərbaycan iqtisadiyyatında Sumqayıt Kimya Sənaye Parkının xüsusi yerinin olduğunun bariz nümunəsidir.

Hal-hazırda həmin parkın ərazisində fəaliyyət göstərən müəssisələrdə altı minə yaxın insanın daimi işlə təmin olunması sosial sahədə də rifahın yaxşılaşmasına köməklik göstərir.

Nəzərə alsaq ki, iqtisadi siyasətin əsas hədəfi ölkədaxili tələbatın yerli istehsal vasitəsi ilə təmin olunmasını, habelə Azərbaycanda istehsal olunan malların ixracını təşkil etmək, Azərbaycan brendinin dünya bazarlarında qərarlaşması və yer tutmasıdır, bu halda atılmış addımların yaxın vaxtlarda müsbət nəticələrini görəcəyik.

Cənab Prezidentin Peşə Təhsili Mərkəzinin açılışında iştirakı bir daha onu göstərir ki, iqtisadi subyektlərin fəaliyyətində peşəkar kadrların hazırlanması, yeni müasir, innovativ yanaşmaların öyrənilməsində bu tədris müəssisəsinin xüsusi təsiri olacaqdır.

Eyni zamanda burada yeni iş yerlərinin yaradılması gənc nəslin xüsusi peşəyə sahiblənərək özlərinə asanlıqla konkret iş tapması Azərbaycan vətəndaşının həyat şəraitinə daha da yaxşı, müsbət təsir göstərəcəkdir.

Məzahir Əfəndiyev

Azərbaycan Respublikası Milli Məclisinin deputatı
Xəbəri paylaş