Newscenter.az.18.09.2020. Türkiyədə 4,2 bal gücündə zəlzələ baş verib.
Bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Məlumata görə, yeraltı təkanlar Muş vilayətində yerli vaxtla saat 03:15-də Korkut rayonunda qeydə alınıb.
Zəlzələ ocağı 13 kilometr dərinlikdə yerləşib.
Dağıntı və ya tələfat barədə məlumat verilmir.
Anar TAĞIYEV