Newscenter.az.19.09.2020. Azərbaycan dövlətinin “İnterpol” xətti ilə beynəlxalq axtarışa verdiyi şəxs tutulub.
“Report”un xəbərinə görə, Azərbaycan hüquq-mühafizə orqanlarının müraciəti ilə beynəlxalq axtarışa verilən Rüstəmova Zülfiyyə Məhəddin qızı Türkiyədə saxlanılıb.
Onun Azərbaycana ekstradisiyası üçün tədbirlər davam etdirilir.
Z.Rüstəmova Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olub.