Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Deputat seçicilərinin problemlərini dinlədi



Newscenter.az.19.09.2020[/b]. 89 saylı Göyçay-Ağdaş seçki dairəsi üzrə Azərbaycan Respublikası Milli Məclisinin deputatı Məzahir Əfəndiyev Ağdaş rayonunun Cardam kənd tam orta məktəbində məktəbə ilk qədəm qoyan birincilərlə görüşüb.

Newscenter.az xəbər verir ki, bilik günü münasibətilə şagirdləri təbrik edən M.Əfəndiyev onlara hədiyyələr təqdim edərək, arzu və diləklərini ifadə edib. Millət vəkili çıxışında Ulu Öndərin və onun layiqli davamçısı Prezident İlham Əliyevin və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əiliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın inkişaf edən Azərbaycanın dayanıqlı təhsil sisteminə verdiyi əməli töhfələrdən danışıb.

Çıxışında yeni tədris ilinin başlanması ilə əlaqədar COVID-19 pandemiyası ilə mübarizədə karantin rejiminin qaydalarına əməl olunmaqla tədris prosesi, qarşıda duran vəzifələr, görüləcək işlərə dair müəllim kollektivi ilə fikir mübadiləsi apararaq onlara uğurlar arzulayıb. Müəllim və şagirdlər səmimi görüşə və təbrikə görə millət vəkilinə öz minnətdarlıqlarını bildiriblər.

Daha sonra məktəbin həyətində oyun meydançasının olmaması barədə kənd sakinlərinin müraciətinə əsasən millət vəkili seçicilərlə birlikdə əraziyə baxış keçirib. Bu gün təhsillə bərabər sağlamlığın, o cümlədən bədən tərbiyə, idman fənninin eyni tərzdə tətbiq olunmasının zəruriliyini vurğulayan M.Əfəndiyev ölkəmizdə təhsilə qayğı və diqqətin ən yüksək səviyyədə olduğunu, bu sahədə həyata keçirilən islahatların, baş verən hər bir hadisənin ilk növbədə Azərbaycanın xoşbəxt və davamlı gələcəyinə hesablandığını qeyd edib.

Millət vəkili təhsil müəssisələrinin ərazisində oyun meydançalarının yaradılmasının vacibliyini bir daha vurğulayıb. Edilən müraciətin əsasında görülməsi nəzərdə tutulan işlərin layihələndirilməsi ilə bağlı deputat tərəfindən bir sıra vacib məsələlərə toxunulub və bu istiqamətdə bəzi tövsiyyələr də diqqətə çatdırılıb.

[b]Anar
Xəbəri paylaş