Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

ABŞ-da təyyarə qəzaya uğrayıb, ölənlər var

[center]

Newscenter.az.21.09.2020. ABŞ-ın Texas ştatında yüngül mühərrikli təyyarənin qəzaya uğraması nəticəsində azı 4 nəfər həlak olub.

"Report" xəbər verir ki, bu barədə CNN teleşirkəti yerli hakimiyyət orqanlarına istinadən məlumat yayıb.

Məlumata görə, təyyarə mühərrikdə yaranan nasazlığa görə eniş etmək istəyərkən qəzaya uğrayıb. Qeyd edilir ki, qəza zamanı iki kişi və iki qadın həlak olub.

Təyyarə Ostin şəhərindən səmaya qalxıb və Luizianaya qayıdırmış.

Nəqliyyatda Təhlükəsizlik üzrə Milli Şura özünün "Twitter"dəki səhifəsində hadisə ilə bağlı araşdırma aparıldığını bildirib. Şuranın məlumatına görə, söhbət "Piper PA-46" təyyarəsindən gedir.
Xəbəri paylaş