Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edib



Newscenter.az.21.09.2020. ABŞ İranın bir neçə şirkətinə və fərdlərə qarşı yeni sanksiyalar tətbiq edib.

“Report” xəbər verir ki, bu barədə ABŞ-ın dövlət katibi Maykl Pompeo bəyan edib.

Onun sözlərinə görə, İranın Müdafiə Nazirliyi, İran Müdafiə Sənayesi Təşkilatı və onun direktoru, İranda uranın zənginləşdirilməsi və ballistik raket proqramı ilə əlaqəli bir neçə şəxsin və qurumun adı sanksiyalar siyahısına əlavə edilib.

Bundan başqa, ABŞ hökuməti Venesuela prezidenti Nikolas Maduroya qarşı da sanksiya tətbiq edib. O, İranla silah sövdələşmələrində iştirakda ittiham edilir.

Dövlət Departamenti və ABŞ-ın Maliyyə Nazirliyinin yaydığı yazılı açıqlamada qeyd olunub ki, İranın nüvə proqramı ilə əlaqəli altı şəxsə və üç şirkətə, İranın ballistik raket proqramı ilə əlaqəli üç şəxsə və dörd şirkətə qarşı ayrıca sanksiyalar tətbiq edilib.

Bundan əlavə, ABŞ Ticarət Nazirliyi İranın Atom Enerjisi Təşkilatı ilə əlaqəli, ixrac nəzarəti sərtləşdiriləcək beş şəxsin adını “qara siyahı”ya salıb. Söhbət beş iranlı alimdən gedir.
Xəbəri paylaş