Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ilqar Altay: "Ola bilsin ki, məhv edilən erməni PUA-da raket, ya bomba olub"

[center]

Newscenter.az.21.09.2020. “Axşamdan sual verirlər, erməni PUA-sı Şəmkirə necə gəlib, niyə belə gec vurulub, ya niyə güclü partlayış olub? Həqiqətə yaxın təxminlərim bundan ibarətdir. Qovların (Tovuz) yuxarısı Zəyəm çayı üstündən Ermənistan sərhədi ilə Şəmkir arası 25-30 km- dir. PUA, tam nişangaha götürülməsi üçün bir qədər də əraziyə buraxılır ki, necə manevr etmə, hansı ərazimiz, obyektlərimizi düşmənin izləmə fikirini bilib sonra vururlar”.

Newscenter.az xəbər verir ki, bu fikirləri İctimai Tədqiqatlar Mərkəzinin rəhbəri İlqar Altay səsləndirib. O, qeyd edib ki, Şəmkirin çıxacağı 23 cür küçənin sonunda vurulubsa, demək bu PUA üzü Kür çayı, Şəmkir SES tərəfə uçurmuş:

“Bu həddən o tərəfə ordumuz onu buraxmazdı təbii ki. Ona gõrə PUA-nı izləməyi saxlayıb, vurublar. Niyə vuran zaman hətta 15 km aralıdakı Zəyəm qəsəbəsində titrəyiş yaradan güclü bir partlayış olub, ola bilsin ki, PUA-da raket, ya bomba olub. Hər halda, bu hadisə onu gõstərir ki, hətta gecə qaranlıq vaxtı bizim ordunun hava hücumundan müdafiə qüvvələri düşmənin sərhədimizi pozan istənilən uçuş vasitəsini dərhal müəyyən etmək bilgi və bacarığına və eynilə də, ən müasir hərbi texnoloji imkanlara malikdirlər. Düşmənin PUA- sını nəinki gecə vaxtı sərhədi kəçən andan tam müəyyən etmək, hətta, onu 25-30 km õlkə içinə buraxıb izləyən, onun manevr texniki imkanları və uçuş məqsədi-hədəfini aydın edəndən sonra istədiyi vaxt və yerdə vurub, zərərsizləşdirməyə qadirdir bizim ordumuz. Təşəkkür, dõvlətimizə”.

Mehman
Xəbəri paylaş