Newscenter.az.21.09.2020. Ermənistanın hərbi təcavüzü nəticəsində şəhid olan Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kiçik çavuş Məmmədov Elşənə Allahdan rəhmət, qardaş Azərbaycan xalqına və şəhidin ailəsinə başsağlığı verirəm.
“Report”un xəbərinə görə, bunu Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu “Twitter”də bildirib.
“Ermənistanı hücuma son verərək ağlını başına yığmağa çağırıram. Can Azərbaycanın haqlı mübarizəsində hər zaman yanındayıq” deyə Türkiyə XİN başçısı vurğulayıb.
Qeyd edək ki, Türkiyənin Milli Müdafiə Nazirliyi də kiçik çavuş Məmmədov Elşən Əli oğlunun şəhid olması ilə bağlı başsağlığı verib.
"Dağlıq Qarabağı qanunsuz olaraq işğal edən Ermənistan indi də Tovuz istiqamətində atəşkəsi pozaraq qəhrəman Azərbaycan əsgərimizi şəhid edib. Şəhidimizə Allahdan rəhmət, bütün azərbaycanlı qardaşlarımıza baş sağlığı diləyirik. Ermənistan atəşlə oynamağı dərhal dayandırmalıdır".