Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Məzunlar qızıl və gümüş nişana layiq görülüb



Newscenter.az.21.09.2020. Bakı məktəblərinin məzunları qızıl və gümüş nişanla təltif olunub. Newscenter.az-a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən bildirilib ki, təhsil nazirinin müvafiq əmrinə əsasən, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrinin XI sinif məzunlarından 19-u qızıl, 7-si gümüş nişana layiq görülüb.

Əmrdə ümumi təhsili xüsusi nailiyyətlərlə başa vuran məzunların adları və sayı açıqlanıb. Belə ki, ümumilikdə respublika üzrə ötən tədris ilində təhsil müəssisələrini bitirən məzunlardan 125-i qızıl, 76-sı isə gümüş nişanla təltif olunub.

Qeyd edək ki, qızıl və gümüş nişana namizədlər Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq olunmuş “Ümumi təhsili xüsusi nailiyyətlərlə başa vuran məzunların qızıl və ya gümüş nişanla təltif olunma Qaydası”na əsasən müəyyənləşdirilib.

R.MEHDIYEVA
Xəbəri paylaş