Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycanda terrorçuluğun maliyyələşdirilməsinə qarşı təlim başlayıb



Newscenter.az.22.09.2020. Sentyabrın 21-dən Maliyyə Monitorinqi Xidməti (MMX) Lüksemburq Böyük Hersoqluğunun Təlim Mərkəzi (ATTF) ilə birlikdə “Pulların Leqallaşdırılması və Terrorçuluğun Maliyyələşdirilməsinə qarşı Mübarizə” (PL/TMM) üzrə video-konfrans formatında təlimə başlayıb.

Newscenter.az MMX-ya istinadən xəbər verir ki, təlim sentyabrın 28-nə qədər davam edəcək.

Təlimin məqsədi “PL/TMM” əsaslarını öyrənmək, “PL/TMM” riskini azaltmaq üçün beynəlxalq təşkilatlar haqqında məlumatlılığın artırılması, müştərilərin sadələşdirilmiş və gücləndirilmiş identifikasiya və verifikasiya sisteminin məzmununun başa düşülməsini təmin etməkdir.

“PL/TMM” üzrə ekspert cənab Enrike Dominqezin apardığı təlimdə MMX, Azərbaycan Mərkəzi Bankı, digər nəzarət orqanları, habelə ölkədə fəaliyyət göstərən kommersiya bankları və maliyyə qurumlarının əməkdaşları ilə birlikdə 22 nəfər iştirak edir.

Xatırladaq ki, 1990-cı ildən bəri fəaliyyət göstərən ATTF beynəlxalq səviyyədə bank, maliyyə bazarları və digər sahəvi sektorlara aid seminarların təşkili üzrə zəngin təcrübəyə malikdir.
Xəbəri paylaş