Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Eldəniz Səlimov: "Hər bir vətəndaş Ali Baş Komandanımızın döyüş əmrini gözləyir"



Newscenter.az.22.09.2020. “Qarabağ dedikdə hər bir kəsin ağlına düşünülmədən Azərbaycan gəlir. Çünkki bu hamıya bəllidir ki, qədim dövrlərdən Dağlıq Qarabağ bizim olub, olacaqda. Bu gün işğalçı, terrorist xislətli Ermənistan öz çirkin əməllərini artıq dünya dövlətləri arasında gizlədə bilmir. Bütün reallıqlar ortadadır”.

Bu fikirləri Newscenter.az-a Milli Məclisin deputatı Eldəniz Səlimov səsləndirib. Onun sözlərinə görə, tarixə nəzər salanda görürük ki, onlar daim Rusiyanın himayəsində olan qul və əlaltı olan qondarma bir dövlətdir:

“Hər zaman Respublikamızın şanına irəli sürdükləri ittihamların əsassız olmaları, onların nə dərəcədə aşağı səviyyəyə malik idarəetmə strukturları olduğunu sübuta yetirir. Ermənistan hökümətinin Livanın paytaxtı Beyrutda baş vermiş partlayışdan istifadə edərək burada zərər çəkmiş erməniləri Dağlıq Qarabağ ərazisində yerləşdirməsi planı təkcə indi yox, tarix boyu baş vermiş bir hadisədir. Ermənistan hökuməti daha öncə Suriyadakı qarışıqlıqdan istifadə edərək orada yaşayan erməniləri işğal olunmuş ərazilərimizə köçürmüşdür. Gəlmə erməniləri Dağlıq Qarabağda yerləşdirmək. Ermənistanda dəyişən hakimiyyətlərin uzun illər yürütdüyü siyasətdir. Keçmişə nəzər salsaq ermənilərin özlərini də Qafqazda mövcud əhaliyə çevrilməsini Rusiya imperatorları və onların məmurları təmin etmişlər”.

Deputat qeyd edib ki, XX yüzillikdəki ərazi iddialarında ermənilərin məskunlaşma prinsipinə söykənməsinin əsası I Pyotrun təlimatının 100 il sonrakı icraatından qaynaqlanır:

“Türkmənçay müqaviləsinin XV maddəsi «Azərbaycan adlanan vilayətə» ermənilərin «ailələri ilə sərbəst keçidləri üçün» təminatı rəsmiləşdirdi. Üstəlik köçürülmənin təşkili polkovnik Lazarevə tapşırılmış, ona kömək üçün «əksəriyyəti erməni mənşəli və ya bu xalqın dilini bilən» zabitlər təhkim edilmişdir. Əlahiddə Qafqaz korpusunun komandiri general Paskeviçin 3 mart 1828-ci il raportuna görə İrəvan və Naxçıvan vilayətlərinə nisbətən Qarabağa, «bu əyalətə daha yaxın olan və daha təkidlə Qarabağ xanlığına köçürülmələrini tələb edən ailələrin köçürülməsi nəzərdə» tutulmuşdu. Türkmənçay müqaviləsindən az sonra, 1828-ci il 26 may tarixli məlumatda göstərilir: «Artıq Qarabağda 279 və İrəvan vilayətində 948 ailə məskunlaşdırılmışdır. Polkovnik Lazarevin təminatına görə bu rəqəm 5000 ailədən artıq olacaqdır». Bütün bu mənfur siyasət onu göstərir ki, əzəli düşmənimiz olan Ermənistanın yürütdüyü siyasət birmənalı olaraq hər zaman Rusiyadan alınmış dəstəklə olmuşdur. Bu gün ona görə də döyüş meydanında tək qalmaqdan qorxan Paşinyan məğlubiyyətin qaçılmaz olduğunu çox gözəl anlayır və çıxış yolunu kiminsə himayəsində hərəkət etməkdə görür".

Eldəniz Səlimovun sözlərinə gö=rə, cənab Prezidentimiz İlham Əliyevin son çıxışlarındakı sərt və qətiyyətli fikirlərdən aydın olur ki, müharibə qaçılmazdır və Azərbaycan öz torpaqlarını birmənalı şəkildə heç kəsə verməyəcək:

"Bunun üçün Azərbaycanın əlində hər bir imkan var. Güclü ordumuz, ən müasir texnika və silahlarımız var. Azərbaycanın ərazi bütövlüyünün bərpası üçün hər bir vətəndaş Ali Baş Komandanımızın döyüş əmrini gözləyir. Yaşasın Azərbaycan!!!”.

Anar
Xəbəri paylaş