Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Gömrükçülər tütün və tibbi məmulatları müsadirə edib



Newscenter.az.22.09.2020. Dövlət Gömrük Komitəsinin (DGK) Şimal Ərazi Baş Gömrük İdarəsinin əməkdaşları ölkə ərazisinə xeyli miqdarda tütün və tibbi məmulatların qanunsuz yolla gətirilməsi cəhdinin qarşısını alıblar.

Bu barədə Newscenter.az-a DGK-dan məlumat verilib.

İdarənin Əməliyyat və təhqiqat şöbəsinə daxil olan məlumat əsasında "Samur" gömrük postuna Rusiyadan daxil olan Azərbaycan vətəndaşının idarə etdiyi MAN markalı yük avtomobili saxlanılıb.

Baxış zamanı həmin avtomobilin kabinəsində cihazlar panelinin alt hissəsində olan boşluqda gömrük nəzarətindən gizlədilmiş, sürücü oturacağının üst hissəsində olan çəkməcədə və avtomobilin qoşqusunda əşyalar qoymaq üçün nəzərdə tutulmuş sandıqda gömrük nəzarətinə bəyan olunmayan 800 ədəd xarici markalı siqaret, 80 ədəd papiros, 20 ampul və 90 həb müxtəlif adda dərman preparatları, 30 ədəd kosmetik vasitələr, 2 773 ədəd stomatoloji məhsullar, 20 960 ədəd tibbi ləvazimatlar, 162 ədəd metal qıfıl aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.
Xəbəri paylaş