Newscenter.az.22.09.2020. Rusiyaya getməyi tələb edən Ermənistan vətəndaşları Yerevanda hökumət binası qarşısında aclıq aksiyasına başladıqlarını elan ediblər.
Bu barədə “Report” “News.am”a istinadən xəbər verir.
Onlar danışıqlar aparmağı və Rusiya ilə sərhədin açılmasına nail olmağı tələb edirlər.
Ermənistan mətbuatı qeyd edib ki, son həftələr vətəndaşlar parlament və hökumətin binaları qarşısında tez-tez etiraz aksiyaları keçirirlər, ancaq onların problemi hələ həll olunmamış qalır.