Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ermənistan işğal etdiyi ərazilərdə terrorçuları məskunlaşdırma prosesini sürətlə davam etdirməkdədir



Newscenter.az.24.09.2020. “Ermənistan rəhbərliyi hazırda işğal etdiyi ərazilərdə terrorçuları məskunlaşdırma və terrorçu qrupları yerləşdirmə prosesini sürətlə davam etdirməkdədir. Bu proses bir daha sübut edir ki, Ermənistan dövləti işğal etdiyi həmin ərazilərin ona aid olmadığını və həmin ərazilərin müvəqqəti olaraq onarın nəzarəti altında olduğunu artıq dərk edir”.

Newscenter.az xəbər verir ki, bu fikirləri siyasi ekspert Xəyal Bəşirov səsləndirib. Onun sözlərinə görə, heç bir normal dövlət istənilən an onun özü və əhalisi üçün də ciddi təhlükə mənbəyi ola biləcək cinayətkar və terror qruplaşmalarının özünə aid olan ərazilərdə yerləşməsinə razı olmaz:

“Ancaq onu da nəzərə almaq lazımdır ki, bu cür qruplaşmalar təkcə ayrı-ayrı ölkələrə deyil, ümumilikdə region üçün ciddi təhlükə yaradır. Bir zamanlar "ərəb baharı" və digər analoji prosesləri həyata keçirən Qərbin və Avropanın özlərinin səbəbkar olduqları çoxmilyonluq miqrant kütləsinin qarşısında, hazırda özləri necə aciz qaldıqlarını müşahidə edirik”.

Ekspert bildirib ki, bu gün Rusiya, İran və Gürcüstan Ermənistanın regionda qanunsuz terrorçu qruplaşmaları yerləşdirməsinə sərt təpki göstərmədiklərinə və bununla bağlı qəti mövqe ortaya qoymadıqlarına görə bir gün mütləq peşman olacaq və bunun acı nəticələrinə qatlaşmaq məcburiyyətində qalacaqlar:

“Bax, o zaman artıq gec olacaq”.

Anar
Xəbəri paylaş