Newscenter.az.24.09.2020. Kənd Təsərrüfatı naziri İnam Kərimov Ağdaş və Göyçayda təsərrüfatlara baş çəkib, fermerlərlə görüşüb.
Bu barədə Newscenter.az-a nazirlikdən bildirilib.
Məlumata görə, nazir Ağdaş rayonunda tinglər üçün calaqaltı materialı istehsal edən müstəqil laboratoriyanın fəaliyyəti ilə tanış olub, laboratoriyalarda hazırlanan ting materiallarının əkildiyi təcrübə sahəsinə baş çəkib. Həmçinin Göyçay rayonunun Şəhadət kəndində fermer Natiq Zakirovun çəltik sahəsinə, Potu kəndində fermer Eldar Vəliyevin nar bağına, Yalman kəndində salınmış xurma bağına, 2 min ton saxlama tutumu olan soyuducu anbara və fermer Seymur Kazımovun heyva bağına baş çəkib.
Görüşlərdə bağlarda düzgün aqrotexniki qulluq edilməsi, intensiv bağların genişləndirilməsi, çoxillik əkmələrdə müasir suvarma sistemlərinin quraşdırılması barədə fikir mübadiləsi aparılıb, fermerlərin dövlətin bu prosesə verdiyi dəstək mexanizmlərindən geniş yararlandığı qeyd olunub.
Orxan