Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Emin Hacıyev: “Azərbaycan-Türkiyə dostluğu sarsılmazdır”



Newscenter.az.25.09.2020. “Bu danılmaz bir həqiqətdir ki, artıq Azərbaycan-Türkiyə dostluğu, qardaşlığı bütün dünya üçün ən gözəl nümunəyə çevrilib. Biz bu qardaşlığı Tovuz hadisələrindən sonra da eyni şəkildə hiss elədik. Bu hadisələr bir daha sübut etdi ki, Türkiyə həmişə Azərbaycanın yanındadır və yanında olacaq”.

Bu fikirləri Newscenter.az-a Milli Məclisin deputatı Emin Hacıyev səsləndirib. O, qeyd edib ki, istər ölkə daxilində, istərsə də beynəlxalq tribunalarda həm Azərbaycan Respublikasının Przedenti İlham Əliyev, həm də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iki ölkənin qardaşlığını, sarsılmaz dostluğunu tərəddüdsüz nümayiş etdirir:

“Çox mühüm məqamlardan biri odur ki, bizi bağlayan tarixi köklər əsasında qurulmuş yeni münasibətlər bölgədə çox mühüm rol oynayır. Bölgənin inkişafı və sabitliyi, Qafqazın inkişafı üçün Türkiyə-Azərbaycan münasibətləri əvəzsizdir. İki ölkənin iqtisadi əlaqələri təkcə ölkələrimiz və bütün bölgə üçün deyil, bütövlükdə Avropa üçün ciddi əhəmiyyət daşıyır. Sevindirici haldır ki, qardaş və dost ölkələrimizin və xalqlarımızın qarşılıqlı münasibətləri ulu öndər Heydər Əliyevin “Bir millət, iki dövlət” şüarına uyğun olaraq bütün sahələrdə müvəffəqiyyətlə inkişaf edir”.

Deputat qeyd edib ki, Azərbaycan həmişə Türkiyənin yanında və Türkiyə isə Azərbaycanın yanında olacaq, iki qardaş ölkə bütün məsələlərdə bir-birinin möqeyini dəstəkləməyə davam edəcək.

Anar
Xəbəri paylaş