Newscenter.az.28.09.2020. Ermənistanın 27 sentyabr 2020-ci il tarixində başlamış genişmiqyaslı hücumuna Azərbaycan Silahlı Qüvvələrinin əkc-əməliyyatla cavab verməsi Macarıstan, Monteneqro, Serbiya, Bosniya və Hersoqovina mətbuatında geniş işıqlandırılmaqdadır.
Newscenter.az-a daxil olan məlumata görə, Monteneqro, Serbiya və Macarıstanda fəliyyət göstərən Azərbaycan–Monteneqro Mədəniyyət və İqtisadiyyat Mərkəzi, Azərbaycan Mədəniyyət Mərkəzi və Macarıstan-Azərbaycan Gənclər Birliyinin təşəbbüsləri ilə dərc olunan məqalələrdə Ermənistan silahlı qüvvələrinin Azərbaycan kəndlərinə və mülki əhaliyə hücumuna Azərbaycan Ordusunun düşmənə layiqli cavab verdiyindən, işğal zonasında gərginliyin yenidən artmasından bəhs olunub.
"Sərhəd boyunca Azərbaycan kəndlərinin erməni artilleriya qüvvələri tərəfindən fasiləsiz atəşə tutulması, mülki əhalinin ölümü və yaşayış binalarının dağıdılması ilə bağlı erkən xəbərlərdən sonra Azərbaycan Respublikasının Prezidenti, Azərbaycan ordusunun Ali Baş Komandanı düşmənin atəş mövqelərini susdurmaq məqsədilə əks-hücum əmri verib”.
Məqalədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının xarici siyasət şöbəsinin müdiri Hikmət Hacıyevin fikirləri yer alıb. "Ermənistan silahlı qüvvələri tərəfindən cəbhə xətti boyunca yerləşən sıx məskunlaşmış mülki rayon və obyektlərin atəşə tutulması qəsdən və məqsədyönlü xarakter daşıyır. Mülki şəxslər və hərbçilər arasında ölən və yaralananlar barədə xəbərlər gəlir. Mülki infrastrukturun bir çox ev və obyektlərinə xeyli ziyan dəyib", - deyə H.Hacıyev bildirib.
H.Hacıyevin sözlərinə görə, Ermənistanın yeni təcavüz və müharibə aktına hazırlaşdığı barədə Azərbaycan dəfələrlə beynəlxalq birliyə xəbərdarlıq edib, bu irticaçı ölkənin Azərbaycana qarşı davam edən hərbi təcavüzü və Azərbaycanın işğal olunmuş ərazilərində Ermənistan silahlı qüvvələrinin olması regional sülh və təhlükəsizliyə xeyli təhlükə yaradır. "Azərbaycanın yaşayış rayonlarını və mülki əhalisini Ermənistanın qəsdən atəşə tutması beynəlxalq humanitar hüququn, o cümlədən 1949-ci il Cenevrə Konvensiyasının kobud şəkildə pozulmasıdır. Mülki əhaliyə hücum Ermənistan silahlı qüvvələrinin hərbi hazırlığına daxil edilmiş taktikadır və 1992-ci ilin fevral ayında törədilmiş Xocalı soyqırımı bunun bariz sübutudur. Beynəlxalq hüquqa əsasən, erməni silahlı qüvvələri "Azərbaycan ordusunun mövqelərinə, mülki əhaliyə və mülki infrastruktura, iri kalibrli silahların tətbiqi ilə zərbələr endirir. Bu, Ermənistanın növbəti hərbi təcavüzüdür və Azərbaycana qarşı güc tətbiq aktıdır".
Mehman