Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Kamal Cəfərov: "Biz mütləq qalib gələcəyik"



Newscenter.az.28.09.2020. "Bu gün Azərbaycan vətəndaşları cəsarət göstərirlər, bütün hərbi hissələrimizdə ruh yüksəkliyi var. Yaşadığı regiondan, tutduğu mövqedən sosial durumundan asılı olmayaraq xalq həmrəylik göstərir, Ali Baş Komandanın ətrafında sıx birləşib"

Newscenter.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Kamal Cəfərov səsləndirib. Deputat qeyd edib ki, əldə etdiyimiz ilkin qələbə münasibətilə Ali Baş Komandanı, Ordumuzu, xalqımızı ürəkdən təbrik edirəm:

"Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə biz mütləq qalib gələcəyik, qələbə çalacağıq, torpaqlarımızı işğaldan azad edəcəyik. Milli Ordumuz peşəkardır, çevikdir və güclü qətiyyəti var".

Mehman
Xəbəri paylaş